Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikan texnonəhəngləri ''Nvidia'' ''Arm's'' şirkətini aldığına görə şikayət etdilər

Amerikan texnonəhəngləri ''Nvidia'' ''Arm's'' şirkətini aldığına görə şikayət etdilər

Tarix: 13 Fevral 2021 06:36

Bakı. Trend:

Amerikan texnoloji şirkətləri "Google", "Microsoft" və "Qualcomm" İngiltərənin "Arm's" şirkətini nəhəng "Nvidia" tərəfindən satın alması ilə əlaqədar ABŞ antimonopoliya tənzimləyicisinə müraciət ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, korporasiyalar "Arm's"ın alınmasının çip istehsalındakı rəqabətə zərər verə biləcəyindən narahatdırlar.

Bildirilir ki, "Nvidia"nın "Arm's"ı əldə etməsi ABŞ, İngiltərə, Avropa İttifaqı və Çindəki antimonopoliya orqanlarının qanun pozuntusu tapmayacağı təqdirdə reallaşa bilər. Razılaşmanın şərtlərini təsdiqləmədən əvvəl nəzərdən keçirən federal ticari komissya "Nvidia"nın fəaliyyətindən təsirlənə biləcək üçüncü tərəflərə sorğular göndərib. Onların açıq-aşkar narazılıqları tənzimləyicinin qərarına və ya Nvidia-nı müqavilənin şərtlərini dəyişəcəyinə təsir edə biləcəyi qeyd olunur.


Etiketlər:  Amerikan texnonəhəngləri Nvidia Arms şirkətini aldığına görə şikayət etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ