Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 10:08
Şuşa şəhərində ümumi sahəsi 250 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bundan başqa şəhərdə sahəsi 50 kv.m olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.