Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gecə Suraxanıda yanğın olub - VİDEO

Bu gecə Suraxanıda yanğın olub - VİDEO

Tarix: 13 Fevral 2021 14:30

Gecə saatlarında Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, qəsəbənin Vahid Xəlilov küçəsi, 26 ünvanında yanğın baş verməsi barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 100 m² olan bir dam altında (ev və ət satışı mağazası) tikilən birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 23 m² sahədə, dam örtüyü 63 m² sahədə yanıb. Evin, ət satışı mağazasının qalan hissəsi, bitişik tikililər və yaxınlıqda yerləşən mobil rabitə operatorunun ötürücü qülləsi yanğından mühafizə olunub.


Etiketlər:  gecə Suraxanıda yanğın olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ