Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 03:20
Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Paris İqlim Sazişinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər: "Vurğulanıb ki,
Rusiyanın xarici işlər naziri ABŞ-ın yeni adminstrasiyasının Paris çoxtərəfli razılaşmasında iştiraka qayıtmaqla bağlı niyyətindən məmnunluğunu ifadə edib. Bundan əlavə, söhbət zamanı iqlim məsələləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.