Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-a yoluxma göstəricisinə görə Latviya Avropa İttifaqında yenidən 5-ci yerdədir

COVID-19-a yoluxma göstəricisinə görə Latviya Avropa İttifaqında yenidən 5-ci yerdədir

Tarix: 14 Fevral 2021 20:42

Latviya Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələri arasında COVID-19-a yoluxma göstəricisinə görə əvvəlki kimi 5-ci yerdə qərarlaşıb. Latviyada koronavirusa yoluxma göstəricisi 100 min nəfər əhaliyə 577,1 hal təşkil edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzi (ECDC) məlumat yayıb.

Bildirilib ki, Latviya Baltikyanı ölkələr arasında əvvəlki kimi ən yüksək yoluxma göstəricisinə sahib olan ölkədir. Qonşu Litvada bu göstərici 100 min nəfər əhaliyə 353,3 hal, Estoniyada 566 hal təşkil edir. Daha yüksək yoluxma səviyyəsi yalnız Portuqaliya, Çexiya, İspaniya və Sloveniyada müşahidə edilir.

Latviya ECDC xəritəsinin "tünd qırmızı" zonasının bir hissəsi olaraq qalır və bu ölkəyə xüsusi ehtiyac yaranmadığı halda yollanmaq tövsiyə edilmir. Avropanın böyük qismi qırmızı zonada yerləşir. Yaşıl zonaya isə COVID-19-a yoluxma səviyyəsinə görə aşağı göstəriciyə sahib olan Danimarka, həmçinin Yunanıstan və Norveçin əksər hissəsi daxildir.

Qeyd edilib ki, fevralın 13-də Latviyada COVID-19-a 773 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər dünyasını dəyişib.


Etiketlər:  COVID yoluxma göstəricisinə görə Latviya Avropa İttifaqında yenidən yerdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ