Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Britaniya ştammı”nı müəyyən edən ilk test sistemi qeydiyyatdan keçdi

“Britaniya ştammı”nı müəyyən edən ilk test sistemi qeydiyyatdan keçdi

Tarix: 15 Fevral 2021 13:24

Rusiyada dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının "Britaniya ştammı"nı müəyyən edən ilk test sistemi qeydiyyatdan keçirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb.

"Rospotrebnadzor"un Milli Tədqiqat İnstitutunun Epidemiologiya Mərkəzi tərəfindən işlənib hazırlanan və qeydiyyatdan keçirilən yeni test sistemi COVID-19-un "Britaniya ştammı"nın mövcudluğunu tez müəyyən edir.

Qeyd olunub ki, reagentlər toplusu klinik sınağını uğurla başa vurub və Rusiyada istifadə olunmaq üçün qeydiyyatdan keçib. Yeni test sisteminin yüksək dəqiqliyə malik olması mutasiyanın təsdiq olunduğu klinik nümunələr üzərində aparılan sınaqlarla sübut olunub.


Etiketlər:  Britaniya ştammını müəyyən edən test sistemi qeydiyyatdan keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ