Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Braziliyalı qapıçıya “elçi düşdü”

“Qarabağ” Braziliyalı qapıçıya “elçi düşdü”

Tarix: 15 Fevral 2021 18:56

Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran "Qarabağ"ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Ağdam təmsilçisi qapı xəttinə axtardığı qapıçını Portuqaliyadan tapıb.

Azərbaycan çempionunun siyahısında olan qolkiper "Nasional" klubunun üzvü Daniel Martins Gimaraeşdir. Elita təmsilçisinin əsas qapıçısı sayılan 34 yaşlı braziliyalı mövsümün sonunda Azərbaycana köçə bilər. Onun "Nasional"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2017-ci ildən "Nasional"ın formasını geyinən Daniel Gimaraeş cari mövsüm Premyer Liqada keçidiyi 14 oyunda qapısında 19 qol buraxıb.


Etiketlər:  Qarabağ Braziliyalı qapıçıya elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ