Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 10:24
Gürcüstanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya proqramına hazırlıq davam edir. Fevral ayının sonuna kimi peyvənd proqramına başlamaq mümkün olacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Tamar Qabuniyanın sözlərinə görə, Gürcüstan "Kovaks" platformasından 400 000 doz vaksin almalıdır, qalan 2,5 milyon doz isə "digər mexanizmlər" vasitəsilə alınacaq.
Nazir müavini bildirib ki, "digər mexanizmlər" ifadəsi altında Aİ ölkələri ilə danışıqlar, həmçinin vaksin istehsalçıları ilə birbaşa danışıqlar nəzərdə tutulur.