Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın ən zəngin adamları məlum oldu - TOP-5

Rusiyanın ən zəngin adamları məlum oldu - TOP-5

Tarix: 16 Fevral 2021 12:26

Milyarder Vladimir Potanin Rusiyanın ən zəngin adamı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Forbes" jurnalı yazır.

Qeyd olunur ki, "Nornikel"in ortaq sahibinin sərvəti 30 mlrd. ABŞ dolları ötüb. Bu, Rusiya sahibkarları arasında tarixi bir rekorddur.

Potaninin sərvətinin böyüməsi "Nornikel"in səhmlərinin kotirovkalarının artması ilə təmin edilir.

"Forbes"un məlumatına görə, Rusiyanın 5 ən zəngin insanı sırasında həmçinin Aleksey Mordaşov və ailəsi (28,5 mlrd. dollar), Vladimir Lisin (26 mlrd. dollar), Leonid Mixelson (25,2 mlrd. dollar) və Gennadi Timçenko (22,3 mlrd. dollar) yer alıblar.

Milli.Az


Etiketlər:  Rusiyanın zəngin adamları məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ