Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 22:00
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 90 nəfər vəfat edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7906 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7189, ağır xəstələr isə 1201 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 602 034 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 489 624 nəfər sağalıb, 27 652 nəfər isə həyatını itirib.