Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək

“Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək

Tarix: 17 Fevral 2021 09:44

Bakı. Trend:

Fevralın 25-də Energetika Nazirliyi tərəfindən “facebook” sosial şəbəkəsi vasitəsilə “Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vebinarda günəş, külək, kiçik hidro, biokütlə, geotermal, dalğaların enerjisi kimi bərpa olunan enerji növləri və texnologiyaları, onlardan istifadə sahələri, əsas üstünlükləri, ətraf mühitə və ekologiyaya təsirləri haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Vebinarda iştirak etmək istəyənlər aşağıda göstərilmiş “facebook” səhifəsinə abonə ola və 25 fevral tarixində saat 18:00-da həmin səhifədən vebinara qoşula bilərlər:

https://bit.ly/37Aegt9


Etiketlər:  Bərpa olunan enerji yaşıl texnologiyalar mövzusunda vebinar keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ