Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcək

Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcək

Tarix: 17 Fevral 2021 11:16

Yaponiyanın prefekturalarından biri Olimpiya məşəlinin estafetindən imtina edəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, ölkənin qərbində yerləşən Simane prefekturasının qubernatoru Tasuya Maruyama belə addım atmaq niyyətində olduqlarını açıqlayıb.

Buna səbəb koronavirus pandemiyasıdır. O bildirib ki, Yaponiya hökuməti və Tokio rəhbərliyinin koronavirusun yayılması üçün gördüyü tədbirlər yetərincə olmamağı belə addım atmağa əsas verir.

Qeyd edək ki, Olimpiya məşəlinin estafeti martın 25-də Fukuima prefekturasında start götürəcək. Məşəl 121 gün ərzində ölkənin bütün 47 prefekturasını səyahət etməlidir.


Etiketlər:  Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ