Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Tarix: 17 Fevral 2021 11:52

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 16-da 63,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.


Etiketlər:  Azərbaycan nefti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ