Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 10:52
Bakı. Elnur Bağışov - Trend:
Orta hesabla İranda yol qəzalarında gündəlik 25 nəfər həlak olur.
Trend-in məlumatına görə, bunu İranın Hüquq-Mühafizə Orqanının Yol Polisinin rəisi Kamal Hadianfər deyib.
K.Hadianfərin sözlərinə görə, ötən İran ilində (21 mart 2018-dən – 20 mart 2019-dək) 17,3 min nəfər yol qəzalarında həlak olub, 365 min nəfər yaralanıb.
Hadianfər əlavə edib ki, cari 3 ay ərzində (21 mart – 21 iyun) 4 129 nəfər yol qəzalarında həlak olub: "82% yol qəzalarının səbəbinin sürət həddini aşma, qanunsuz ötmə, önə diqqət yetirməmə və yuxusuzluq olub. İranda dövlət nömrəsi olmayan 6 milyon motosiklet və sürücülük vəsiqəsi olmayan 4 milyon motosikletçi qeydə alınıb”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin