Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya ixrac olunan ədviyyat məhsullarında bakteriya aşkarlandı

Rusiyaya ixrac olunan ədviyyat məhsullarında bakteriya aşkarlandı

Tarix: 17 Fevral 2021 18:44

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarında bağırsaq çöpləri qrupu bakteriyaları aşkar edib.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Dilqəm-20" MMC tərəfindən Rusiya Federasiyasına ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinə nəticələrinə əsasən məhsullarda bağırsaq çöpləri qrupu bakteriyaları aşkar olunub.

Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, istehlaka yararsız ümumi çəkisi 23.4 kq qurudulmuş kök, 28.4 kq qurudulmuş cəfəri, 79.1 kq toyuq üçün ədviyyat və 87 kq acılı marinad məhsulu partiyası Təhlükəli Tullantılar Poliqonunda məhv edilib.


Etiketlər:  Rusiyaya ixrac olunan ədviyyat məhsullarında bakteriya aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ