Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tesla” Hindistanda elektromobillərin istehsalı üzrə zavod tikəcək

“Tesla” Hindistanda elektromobillərin istehsalı üzrə zavod tikəcək

Tarix: 18 Fevral 2021 20:52

ABŞ milyarderi İlon Maska məxsus "Tesla" avtomobil şirkəti Hindistanın cənubunda yerləşən Karnataka ştatında elektromobillərin istehsalı üzrə zavod açacaq. Bu barədə ştat hökumətinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "India Today" informasiya agentliyinin məlumatına görə, ştatın baş naziri B.S.Yediyurappa bu qərarı rəsmən təsdiq edib. "ABŞ-ın "Tesla" şirkəti Karnatakada elektromobillərin istehsalına başlayacaq", - o bildirib.

Ötən ay ABŞ-ın elektromobil istehsalçısı Hindistanda mənzil-qərargahı Banqalor şəhərində yerləşən "Tesla Motors India and Energy Private Limited" törəmə şirkətini qeydiyyatdan keçirib.

İ.Mask Hindistan bazarına daxil olmaq istəyini dəfələrlə "Twitter"də ifadə edib. O, 2020-ci ilin dekabrında ölkədə istehsala başlayacağını təsdiqləyib.

Hindistan neftdən asılılığı azaltmağa və ətraf mühitin çirkləndirilməsini minimuma endirməyə çalışır. Lakin ölkənin elektromobillərin inkişafı ilə bağlı planları onların istehsalına investisiyaların olmaması və lazımi infrastrukturun, o cümlədən enerjidoldurma stansiyalarının qurulması səbəbindən həyata keçirilmir.

"Reuters" agentliyinin bir müddət əvvəl verdiyi məlumata görə, sərmayədarların cəlb edilməsi üçün Hindistanda akkumulyatorların istehsalı üzrə müasir müəssisələr inşa edəcək şirkətlərə 4,6 milyard dollar məbləğində subsidiyaların təklif edilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Tesla Hindistanda elektromobillərin istehsalı üzrə zavod tikəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ