Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” uzun müddət avtonom işləyə bilən smartfon təqdim edib

“Samsung” uzun müddət avtonom işləyə bilən smartfon təqdim edib

Tarix: 18 Fevral 2021 20:56

"Samsung" şirkəti uzun müddət avtonom işləyən yeni "Galaxy F62" smartfonunu təqdim edib. Bu barədə "Sammobile" portalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Super AMOLED " texnologiyası üzrə hazırlanmış və görüntünü yalnız 60 Hs tezlikdə yeniləmək qabiliyyətinə malik smartfon 6,7 düymlük ekrana malikdir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.

7 nanometrlik "Exynos 9825" prosessoru qurğunun məhsuldarlığını təmin edir. Əməli yaddaşın tutumu 6/8 QB, daxili yaddaşın tutumu yalnız 128 QB ola bilər. "MicroSD" yaddaş kartları üçün slot nəzərdə tutulub.

"Galaxy F62" smartfonunun kamerası 4 sensordan ibarətdir: 64, 12 (genişbucaqlı), 5 (makro) və 5 (boke) meqapiksellik. Əsas kamera ilə videoçəkilişin maksimal keyfiyyəti 4K və saniyədə 30 kadr təşkil edir.

Cihaz yalnız LTE şəbəkələrdə işləyir, "5G" dəstəyi yoxdur. "Samsung Galaxy F62" cihazında "Bluetooth 5.0", "NFC", "USB-C" portu və standart audiocek var. Smartfon yeni "One UI 3.1" interfeysli "Android 11" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğu 25 vatlıq simli enerjidoldurma texnologiyasına malik 7000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.

Fevralın 22-də Hindistan bazarına çıxarılacaq smartfonun qiyməti 330 dollar təşkil edəcək. Bundan sonra smartfon başqa ölkələrdə də satışa çıxarılacaq.

Milli.Az


Etiketlər:  Samsung uzun müddət avtonom işləyə bilən smartfon təqdim edib


RƏYLƏR