Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 13:00
Siqaret çəkənlərin koronavirusun üç əsas əlamətinə yoluxma ehtimalının 14% daha yüksək olduğu aşkar edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, yüksək hərarət, davamlı öskürək və nəfəs darlığı simptomları siqaret çəkənlər üçün daha böyük təhlükəyə səbəb olur.
Aparılan tədqiqatlar göstərib ki, siqaret çəkənlərdə Covid-19 simptomu çəkməyənlərə nisbətən 50% daha yüksəkdir. Mütəxəssislər çoxsaylı simptomların inkişafının daha ağır infeksiyalara yol açdığını deyir.
Hətta siqaret çəkən insanlar Covid-19-a yoluxarsa onların xəstəxanada müalicə olunma müddəti də uzun çəkə bilər.
Bu səbəbdən mütəxəssislər xüsusi ilə pandemiya dövründə siqareti ya tərgitməyin ya da istifadəsini azaltmağın labüdlüyünü irəli sürürlər.