Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 09:33
"Apple"ın qabaqcıl smartfonu ABŞ-da ən populyar "5G" dəstəkli smartfon olub. Bu haqda "Ookla" şirkətinin hesabatına istinadən "PCMag" nəşri məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, internetin sürətinin yoxlanılması üçün "Speedtest" proqram təminatının yaradıcısı "Ookla" şirkəti yanvarda toplanılmış məlumatlar əsasında hesabat hazırlayıb. Analitiklərin araşdırmasına görə, "iPhone 12 Pro Max" ABŞ-ın 49 ştatında "5G" dəstəkli ən populyar cihaz olub.
"iPhone 12 Pro" və "iPhone 12" cihazları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
ABŞ şirkətinin smartfonlarından başqa, həmçinin "Samsung"un qurğuları ilk beşliyə daxil edilib. "Galaxy S20 " və "Galaxy S20 Ultra" aparatları müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.
Emil Hüseynov