Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti aydan kredit qaz həcmi 2 dəfə artırılacaq

Növbəti aydan kredit qaz həcmi 2 dəfə artırılacaq

Tarix: 22 Fevral 2021 16:58

Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.

"Azəriqaz"İstehsalat Birliyindən Sonxeber.net-a verilən məlumata görə, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.

Məlumata görə, abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir. Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib. Hesab edirik ki, bu addım, abonent məmnuniyyəti üçün əhəmiyyətli olacaq.


Etiketlər:  Növbəti aydan kredit həcmi dəfə artırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ