Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 10:18
Türk bloger Ruhi Çenet və dostları insanların yaşadığı dünyanın ən soyuq bölgəsindən çəkiliş edib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Rusiyanın şimal-şərqində Yakutiya muxtar respublikasında yerləşən Oymyakon qəsəbəsi insanların yaşadığı dünyanın ən soyuq yeri kimi qeyd edilib. Hava temperaturu mənfi 70 dərəcəyə qədər endiyi Oymyakonda yaşamaq çox fərqli və bir o qədər də çətindir.
Küçədə çəkiliş aparan blogerlər qısa bir müddət donma dəhlükəsi ilə üz-üzə qalıb.
Burada avtomobil yolda qalarsa, sizi ölüm təhlükəsi gözləyir. Maşının mühərrikinin yağı bir neçə dəqiqədə donur. Ona görə də donmamaq üçün bütün təhlükəli vəziyyətlər nəzərə alınır.