Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 18:14
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə yerli liqada ən çox çempion olan komandanın adını açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində Moldova "Şerif"i qərarlaşıb. Tiraspol təmsilçisi 21-ci əsrdə 18 dəfə ölkə çempionu olub.
Cəbəllütariqin "Linkoln Red", Hondurasın "Olimpiya" və Nikaraquanın "Real Esteli" klubu 17 dəfə ölkə çempionu olaraq siyahıda 2-4-cü pillələri bölüşdürürlər.
5-ci yerdə isə Yunanıstan "Olimpiakos"u (16 ölkə çempionluğu) qərarlaşıb.
Qeyd edək ki, dünyanın ən böyük beş liqasından təkcə Almaniya "Bavariya"sı (14 ölkə çempionluğu) "TOP-15"də yer alıb.
Əlavə edək ki, araşdırma əsrin 10 və daha çox sayda çempion olan komandalarını əhatə edib.