Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlillik dərəcəsi ala bilməyən qazimizin dəstəyə ehtiyacı var - VİDEO

Əlillik dərəcəsi ala bilməyən qazimizin dəstəyə ehtiyacı var - VİDEO

Tarix: 24 Fevral 2021 14:40

Əlillik dərəcəsi ala bilməyən qazimizin dəstəyə ehtiyacı var

Həyatda çox sınaqlar var, hər kəs bu sınaqlardan üzü ağ çıxmağa çalışır. O da müharibəyə getməzdən əvəl belə bir sınağa çəkiləcəyini ağlına gətirməzdi. Vətən müharibəsi qazisi Tural Səfərovun 17 min manat borcu var. Səhhətindəki problemlərə görə hazırda işləyə bilməyən qazimiz bu pulu ödəyə bilmədiyini deyir. O, ayağı və qolundan qəlpə yarası, həmçinin, kəllə beyin travması alıb, sol gözündə də ciddi problemləri var. Əlillik dərəcəsi ala bilməyən qazimizin dəstəyə ehtiyacı var.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Tural Səfərovun həm maddi, həm də mənəvi dəstəyə ehtiyacı var. 

Sentybarın 29-u Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Komitəsinin çağırışı ilə müharibəyə yollanan Tural oktyabrın 29-u Suqovuşan, Ağdərə istiqamətində yaralanıb. O, ayağı və qolundan qəlpə yarası, həmçinin, kəllə beyin travması alıb, sol gözündə də ciddi problemləri var.  

Tural Səfərov deyir ki, Silahlı Qüvvələrin Baş Klinik Hosbitalında müayinə edilib evə buraxılan zaman ona "travma haqqında  arayış" təqdim olunub.  O isə bu arayış ilə nə əlillik dərəcəsi ala, nə də Yaşat Fonduna müraciət edə bilmir.

17 min manat borcu olan qazi hazırda işləmədiyi üçün pulu ödəyə bilmədiyini deyir. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Abbas Quliyev ilə əlaqə saxladıq. O, Tural Səfərovu yenidən poliklinikaya dəvət etdi. .Qazi bir daha tam müayinə ediləcək və bundan sonra yekun qərar qəbul olunacaq.  Yaşat Fondundan isə Xəzər Xəbərə bildirdilər ki, sənədlər hazır olduqdan sonra Tural Səfərov yenidən müraciət edə bilər və fond tərəfindən ən qısa müddətdə reaksiya veriləcək. Qeyd edək ki, Tural Səfərov Tovuzun Aşağı Quşçu kənd sakinidir və 2 azyaşlı körpəsi var.


Etiketlər:  Əlillik dərəcəsi bilməyən qazimizin dəstəyə ehtiyacı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ