Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Trampın ölkəyə girişlə bağlı fərmanını ləğv etdi

Bayden Trampın ölkəyə girişlə bağlı fərmanını ləğv etdi

Tarix: 25 Fevral 2021 09:54

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın imzaladığı bəzi xarici vətəndaşlar üçün ölkəyə girişi qadağan edən fərmanı ləğv edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Baydenin açıqlaması Ağ Ev tərəfindən yayımlanıb.

"Girişin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir. Əksinə, ABŞ vətəndaşı və ya yaşayış icazəsi olan ailə üzvlərinin burada öz ailələri ilə görüşməsini əngəlləməklə bərabər ölkəyə ziyan vurur",- deyə Bayden qeyd edib.

Baydenin fikrincə, Trampın bu qərarı dünyanın müxtəlif yerlərində istedadlı şəxslərdən istifadə edən sənaye sahələrinə mənfi təsir edib.

O həmçinin, qərar səbəbindən "Green Card" qazanmış şəxslərin ölkəyə girə bilmədiklərini də əlavə edib.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində "COVID-19" pandemiyası dövründə "ABŞ əmək bazarı üçün risk yaradan mühacirlər"in ölkəyə girişini qadağan edən bir fərman imzalamışdı.


Etiketlər:  Bayden Trampın ölkəyə girişlə bağlı fərmanını ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ