Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəriyə qulluq

Dəriyə qulluq

Tarix: 25 Fevral 2021 19:48

Dəri orqanizmimizin ən geniş sahəsi olan orqanıdır. Ancaq heç birimiz ona ehtiyacı olan qulluğu etmirik. Halbu ki, dərimiz bizi xarici mühitdən daima qoruyur. Dəriniz nə qədər gözəl olursa olsun ona mütləq qulluq etmək lazımdır çünki, o xarici təsirlərərə məruz qalır. İsti, soyuq, şaxta, külək, havada, suda olan mikroblar bunlar hamısı illərlə dərinin təravətdən düşməsi üçün səbəbdir.
Dərini təravətdən salan amillərdən biri də kosmetikadan istifadə etdikdən sonra onu təmizləmədən yatmaqdır. Kosmetikanın tərkibindəki müxtəlif kimyəvi maddələr insan dərisinə çox zərər vurur. Bu zərərdən qurtarmağın yeganə yolu isə dəriyə qulluqdur.
Nə etməli?
Dəriyə qulluq etmək üçün aşağıdakıları bilmək lazımdır.
1. Qulluğa başlamamışdan əvvəl dərinizin necə bir dəri olduğunu aydınlaşdırmalısınız. Əgər dəriniz qurudursa quruluğu aradan götürmək üçün, yağlıdırsa yağlılığı aradan qaldırmaq üçün, dərilərdə çatlar varsa onlara qarşı, səpgilər varsa səpgiləri müaləcə etmək üçün qulluq edilir.
2. Bəzi qaydalara əməl etməlisiniz. Əgər dəriniz qurudursa onu heç vaxt isti su ilə yumaalısınız, bunun əvəzinə tərkibində spirt olmayan dəritəmizləyicilərdən istifadə etsəniz daha yaxşı olar. Quru dərini yuyanda sabundan istifadə etmək olmaz. Üzü yalniz ilıq su ilə yumaq lazımdır. Dərinizdə quruluq səbəbli kəpəklər varsa bu zaman uzunuzə nəmləndiricilər surtməniz vacibdir.
3. Günəs istisinin çox olduğu zamanlarda dəriqoruyucu kremlərdən istifadə etmədən bayıra çıxmaq olmaz. Əsasən yay aylarında bu kremlərdən istifadə etdikdə 3 saatdan bir dəyişilməlidir.
4. Nəmləndiricilərdən nəinki yayda hətta qışda da istifadə olunmalıdır.
5. Dəri üçün istifadə olunan hər bir vasitə kefiyyətli olmalıdır.
6. Yuxu rejiminə riayət edilməlidir.
7. Dəridə sızınaq və ya infeksiya səbəbli səpgilər varsa mütləq həkimə müraciət olunmalıdır.

Milli.Az


Etiketlər:  Dəriyə qulluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ