Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arayik Arutyunyan DÖYÜLDÜ

Arayik Arutyunyan DÖYÜLDÜ

Tarix: 26 Fevral 2021 15:52

Onik Qasparyanla Qarabağ separatçılarının terrorçu lideri Araik Arutyunyan arasında görüş gərgin keçib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə məlumatı "168 Jam" qəzeti yayıb. Məlumata görə, görüş zamanı Arutyunyan Qasparyana təzyiq etməyə cəhd edib. Buna imkan verməyən Qasparyan Arutyunyana şillə vurub və görüş bununla da başa çatıb.

Qeyd edək ki, A.Arutyunyan Nikol Paşinyanla Baş Qərargah arasında yaranmış gərginliyin nizamlanmasında vasitəçilik edəcəyini bildirmiş və ötən gün Onik Qasparyanla görüş keçirmişdi. Görüşdə Qasparyanı istefaya çağırması barədə yayılan məlumatları isə o, gecə saatlarında təkzib etmişdi.


Etiketlər:  Arayik Arutyunyan DÖYÜLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ