Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hər şeyi ən yaxşılardan tələb edə bilməzsiniz" - Kuman

Tarix: 26 Fevral 2021 19:20

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messi haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bunları deyib:

"Heç vaxt heç nəyi tək əldə edə bilməzsən. Messi La Liqada bu mövsüm 18 qol vurub. Amma digər hücumçuların hamısı eyni oldu. Messinin də köməyə ehtiyacı var.

Həmişə ən yaxşılardan və ən təcrübəlilərdən hər şeyi etməsini istəyə bilməzsən. Oyuna yalnız Messi yox, bütün komanda cavabdeh olmalıdır".

Qeyd edək ki, Messi bu mövsüm Kataloniya klubunun ən yaxşı bombardiridir.

Milli.Az


Etiketlər:  Hər şeyi ən yaxşılardan tələb edə bilməzsiniz Kuman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ