Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Qrizmannı hansı məbləğə satır?

Tarix: 1 Mart 2021 21:44

"Barselona" yayda futbolçusu Antuan Qrizmann üçün transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "OK Diaro" məlumat yayıb. Kataloniya klubu 29 yaşlı hücumçu üçün qarşı tərəfdən 60 milyon avro tələb edəcək.

Fransalı oyunçunun transferi üçün əsas namizəd komandalar PSJ ə "Mançester Yunayted"dir. Onun La Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, "Barselona"ya 2019-cu ildə 120 milyon avro qarşılığında "Atletiko"dan keçən Antuan Qrizmann bu mövsüm 35 matça çıxaraq, 12 qol vurub və 10 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Barselona Qrizmannı hansı məbləğə satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ