Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 10:34
Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.
O bildirib ki, peyvənləmənin tədricən virusu təsir etməyə başladığını görürük: "Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir".
Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.