Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq - FOTO

Şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq - FOTO

Tarix: 2 Mart 2021 15:42

"YAŞAT" Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan Sonxeber.net-a bildirilib ki, daha bir şəhidimizin yeni doğulan övladının, Əsəd İsgəndərovun Bərdə şəhərində doğulan övladı Əlinin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidimizə rəhmət etsin!

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.


Etiketlər:  Şəhidin yeni doğulan övladının adına 5000 hesab açılacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ