Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 08:20
Yapon dənizində - Askold adasının 12 milliyində 30 balıqçının olduğu Rusiyaya məxsus gəmi yanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.
İlkin məlumatlara görə, itki yoxdur, heyət üzvləri evakuasiya edilib.
FHN-in xilasetmə gəmisi yanğının söndürülməsinə başlayıb.
Qeyd edək ki, Nəqliyyat Prokurorluğu tərəfindən üzgüçülük təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.