Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın sözçüsü: ''Heç kimsə bizimlə təkəbbürlə danışa bilməz''

Ərdoğanın sözçüsü: ''Heç kimsə bizimlə təkəbbürlə danışa bilməz''

Tarix: 8 Mart 2021 14:40

Rusiyadan C-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar ABŞ tərəfindən Türkiyəyə təzyiqlərin əks təsirləri ola bilər.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın "Bloomberg"ə müsahibəsində deyib.

"Bizimlə heç kimsə təkəbbürlə "ya biz deyən olmalı, ya da heç nə" deyə tələb edə bilməz. Belə münasibət bizi başqa istiqamətə yönəldər ", - TASS Türkiyə liderinin nümayəndəsindən sitat gətirib.

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi vurğulayıb ki, Türkiyə "NATO-nun müdafiə sisteminə zərər vurmamaqla C-400 sistemlərinə malik ola bilər".

"Bu məsələləri konstruktiv dialoq hesabına açıq və ədalətli şəkildə həll etmək olar, lakin Amerika siyasətçiləri bu məsələlərə nə qədər ciddi yanaşdığımızı anlamalıdırlar. C-400-ü satın almaq qərarı heç də bir gecə ərzində qəbul edilməyib", - deyə İbrahim Kalın əlavə edib.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan S-400 alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqləri hesab edirlər ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir.


Etiketlər:  Ərdoğanın sözçüsü Heç kimsə bizimlə təkəbbürlə danışa bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ