Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' ''Dinamo''ya uduzdu

''Qəbələ'' ''Dinamo''ya uduzdu

Tarix: 25 Iyul 2019 21:00

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Qol.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verib. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib.

Bu, 2019/20 mövsümündən daha çox öz akademiyasının yetirmələrinə yer verəcək yenilənmiş "Qəbələ"nin ilk oyunu idi. Komandanın bugünkü çıxışı həm də bu fakta görə maraq doğururdu.

Qarşılaşma Gürcüstan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də "Dinamo" ilə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.



25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 0:2 
Qol:
Levani Kutalia, 41, Arfanq Daffe, 87
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu

 

 


Etiketlər:  Qəbələ Dinamoya uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ