Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 18:30
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qalibi olma şanslarından danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis 1/8 finalın "Leyptsiq"lə cavab matçından əvvəl UEFA-nın saytına açıqlamasında deyib:
"Beş min dəfə demişəm ki, heç kim oyunları stadiondan izləməsəydi, futbolu bu qədər sevməzdik. Bizim azarkeşlərimiz çatışmır. Əvvəllər dünyanın heç bir yerində tapa bilməyəcəyiniz atmosferimiz var idi. Bu, zəif çıxışımız üçün bəhanə deyil.
Çempionlar Liqasının qalibi ola bilərik. Niyə? Bunun üçün iki səbəb var: Birincisi, səviyyəmiz, ikincisi isə elə həmin səviyyədə olan futbolumuz. Həmişə növbəti matçı qazanmaq şansınız var. "Leypsiq"lə yalnız bir hissə oynamışıq. İkinci hissə bizi gözləyir. Özümüzə inanırıq. Necə lazımdırsa, elə mübarizə aparacağıq".
Qeyd edək ki, komandalar arasında ilk oyun "mersisaydlılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü isə bu gün 00:00-da başlayacaq.