Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “TCL” televizoru təqdim edilib

Yeni “TCL” televizoru təqdim edilib

Tarix: 11 Mart 2021 13:12

Ucuz televizorlar və "BlackBerry" və "Alcatel" brendli telefonların buraxılışı ilə tanınan Çinin "TCL" şirkəti "X12 8K Mini LED Starlight Smart Screen" adlı "ağıllı" televizor nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğuda, adından da göründüyü kimi, mikroskopik işıq diodları massivindən istifadəni nəzərdə tutan "Mini LED" sistemi tətbiq edilib. Bu işıqlandırma müstəqil tənzimləməyə malik zonalara bölünmə sayəsində lokal tündləşdirmə texnologiyasını tətbiq etməyə imkan verir.

 

Yeni televizorda 96 min işıq diodundan istifadə edilib, tənzimləmə zonalarının sayı isə 1920 təşkil edir. Nəticədə eyni anda parlaq işıqlı çalarları və dərin qara rəngi göstərmək mümkün olur.

 

"X12 8K Mini LED Starlight Smart Screen" televizorunun diaqonal ölçüsü 85 düym təşkil edir. Həmçinin "BT.709" rəng məkanı 157 faiz əhatə olunur. Parlaqlıq 2 min kandel/kvadratmetr, kontrastlıq 10 000 000:1 nisbətindədir.

 

Yüksək keyfiyyətli görüntü ilə yanaşı, yeni qurğu əla səs keyfiyyətini təmin edir. Belə ki, kinoteatr səviyyəli səsi formalaşdıran 8 kanallı "Onkyo 5.1.2 Hi-Fi" audiosistemi mövcuddur.

 

Bundan başqa, panelin tərkibinə idarəetmə jestlərini yüksək dəqiqliklə tanımağa imkan verən 48 meqapikselli "3D ToF" kamerası daxildir.

 

Satışa çıxarılma müddəti barədə məlumat verilməyən "X12 8K Mini LED Starlight Smart Screen" televizorunun təxmini qiyməti 15 min dollar təşkil edir.

 

Nizam Nuriyev




Etiketlər:  Yeni TCL televizoru təqdim edilib


RƏYLƏR