Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2021 15:04
Türkiyəli aktrisa Fahriye Evcen ötən gün oğlu Karan ilə əyləncə mərkəzindən çıxarkən görüntülənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa müxbirlərlə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə etdirdiyi fotosessiya ilə bağlı danışıb:
"Özüm və sevənlərim üçün etdiyim çəkiliş idi. Çox gözəl idi".
F.Evcen müxbirlərin "Burak Özçivit qısqanc biridir, geyimlərinizə qarışır" sualına belə cavab verib:
"Elə münasibətimiz yoxdur. Burak geyimimə qarışmır".