Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 08:08
ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raket daşıyıcısı vasitəsilə orbitə 60 mikro-peyk göndərib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu, ABŞ şirkəti tərəfindən həyata keçirilən sayca doqquzuncu analoji buraxılışdır. Bundan öncəki buraxılış martın 11-də həyata keçirilib.
Qeyd edək ki, peyklər "Starlink" orbital internet şəbəkəsinin qurulması məqsədilə istifadə olunacaq. İlon Maskın bu layihəsi çərçivəsində 11 min peykin Yerətrafı orbitə çıxarılması nəzərdə tutulub.
Layihənin dəyəri 11 milyard dollardır.