Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı sevgilisinin tapançası ilə özünü vuran Gəmzənin dramı - FOTO

Azərbaycanlı sevgilisinin tapançası ilə özünü vuran Gəmzənin dramı - FOTO

Tarix: 15 Mart 2021 08:18

20 yaşlı gənc qadın Gəmzə Zümrüttaşın intiharına görə onun Azərbaycan vətəndaşı olan sevgilisi, 31 yaşlı X.B. saxlanılmışdı. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib, bu şəxs intihara təşviq etməkdə günahlandırılır. Belə ki, gənc qadının intihar üçün istifadə etdiyi tapançanı ona azərbaycanlı sevgilisinin verdiyi üzə çıxmışdı.

"Sabah" qəzeti gənc qadının ailə üzvləri ilə danışıb, onun yaşadığı dramın və faciəli ölümünün bəzi təfərrüatlarını əldə edib. Məlum olub ki, Gəmzə 3 il əvvəl, 17 yaşı olanda evlənib. Bu evlilikdən bir qızı dünyaya gəlib. Lakin həyat yoldaşı ilə yola getmədiyi üçün ayrılıb. Daha sonra Azərbaycan vətəndaşı X.B. ilə tanış olub və onunla, habelə bu şəxsin anası ilə birlikdə Bəylikdüzündəki mənzildə yaşamağa başlayıb. Hadisədən bir ay əvvəl onların həbsdən şərti azadlığa çıxdığı bildirilir. Gəmzə və azərbaycanlı sevgilisinin narkotik üstündə tutulduğu deyilir. Gənc qadının intihar üçün istifadə etdiyi tapança onun sevgilisinin olub və rəsmi icazəsi yox imiş.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, habelə məlum olub ki, Gəmzə azərbaycanlı ilə tanış olmazdan əvvəl-boşanandan sonra başqa biri ilə tanış olub və münasibət qurub. Lakin həmin şəxs cinayət zamanı öldürülüb, bundan sonra Gəmzə depressiyaya düşüb, sosial şəbəkələrdən bədbin paylaşımlar edib.

Onun yaxınları deyir ki, Gəmzə intihar edəcək  biri deyildi, körpəsini çox sevirdi. "Gəmzənin yeddi qardaşı, bacısı var. Bacısı istisna olmaqla qalan ailə üzvlərinin hamısı Muğlada yaşayır. O, İstanbulda Azərbaycan vətəndaşı olan sevgilisi və onun anası ilə birlikdə yaşayırdı. Gəmzə intihar edəcək qız deyildi. Sevgilisi narkotik istifadə edirmiş. Vaxtilə hər ikisi tutulub. Hadisə vaxtı da onlar mübahisə edirmiş. Nə yaşandı, nə oldu bilmirik. Hər şey ekspertizanın rəyindən sonra üzə çıxacaq",-gənc qadının yaxınlarından biri deyib.

Polis hələlik hadisə ilə bağlı intihar maddəsi ilə cinayət işi qaldırıb, amma istisna deyil ki, ekspertizanın rəyindən sonra  bu maddə dəyişdiriləcək...


Etiketlər:  Azərbaycanlı sevgilisinin tapançası ilə özünü vuran Gəmzənin dramı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ