Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 14:27
ARB TV-nin "Onun Sirri" verilişinin mövbəti qonağı əməkdar artist Rəhman Rəhmanov olub.
Sonxeber.net xəbər verir ki, aktyor uşaq vaxtı internat-məktəbdən qaçmağından danışıb:
"Nənəm həftənin birinci günü məni məktəbə qoyurdu. Altıncı gün də gəlib götürməli idi. Nənəm məni qoyub evə qayıdanda görürdü ki, artıq evdəyəm. O zamanlar heç kimdə olmayan əşya var idi. Bu ağ-qara təsvirli televizor idi.
Mən onsuz qala bilmirdim. Televizora baxmağı çox sevirdim. Ona görə internatdan qaçırdım. Bir dəfə də qaçanda məni maşın vurdu. Ayağım sındı. Bir ay ayağım gipsdə qaldı".