Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 17:16
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya münaqişəsinin başlamasından 10 il ötməsi ilə bağlı məqalə qələmə alıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Bloomberg"də dərc olunan məqalədə Ərdoğan münaqişənin həlli ilə bağlı 3 seçim irəli sürüb:
"Qərbin qarşısında bu gün 3 seçim var. Bunlardan biri kənarda dayanarak daha çox dinc insanın qətlə yetirilməsini müşahidə etmək. Bu seçim mühacir axınını sürətləndirəcək, yeni terror təhdidlərinin yaranmasına səbəb olacaq. İkinci seçim daimi həll üçün hərbi, iqtisadi və diplomatik addımların atılmasıdır. Lakin qərbin belə seçimi olduğuna inanmaq doğru deyil. Çünki son 10 ildə bu istiqamətdə addımlar atılmadı. Üçüncü və ən həssas seçim Türkiyəyə dəstək verərək, minimum xərc və maksimum müdaxilə ilə Suriya münaqişəsinin həllinin bir parçası olmaqdır".