Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iOS 15 yenilənməsini alacaq iPhone modelləri - TARİX VƏ SİYAHI

iOS 15 yenilənməsini alacaq iPhone modelləri - TARİX VƏ SİYAHI

Tarix: 16 Mart 2021 20:12

Apple-ın mobil əməliyyat sistemi iOS yeni versiyada istifadəçilərə təqdim ediləcək. Amma mediada bəzi iPhone modellərinin bu yenilənməni almayacağı qeyd edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Fransa mərkəzli bir veb-saytın xəbərinə görə, iPhone 6S, 6S Plus və SE modelləri iOS 15 yeniləmələrindən məhrum qalacaq. 7, 8, XR və XS, 11, 12, 13 / 12s seriyaları, SE 2020 və X modellərinin isə gələn ilin payızında iOS 15 yenilənməsi alacağı gözlənilir. Yenilənmədən faydalanacaq IPad modellərinə isə aşağıdakılar daxildir: iPad Mini 5, iPad 6-7-8, iPad Air 3, 4, Pro (9.7, 10.5, 11, 12.9 və 2021 modelləri).

HƏMÇİNİN OXU: Yeni iOS 14.5 Beta 3 iPhone-lara bu yenilikləri gətirdi

Qeyd edək ki, İOS-un yeni versiyasının əsasən, sentyabr ayında təqdim lunacağı gözlənilir.


Etiketlər:  yenilənməsini alacaq iPhone modelləri TARİX SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ