Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple-dan 5G üçün böyük yatırım – Çip dizaynı mərkəzi yaradılır

Apple-dan 5G üçün böyük yatırım – Çip dizaynı mərkəzi yaradılır

Tarix: 16 Mart 2021 21:12

Apple şirkəti müxtəlif növ investisiyalarla yeni texnologiyalar üzrə  araşdırmalarını davam etdirir. Şirkət Almaniyanın Münhen şəhərində "Avropa Silikon Çip Dizayn Mərkəzi" quracağını açıqlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, dəyəri 263 milyard dollar olan Apple quracağı mərkəzin 5G və simsiz rabitə texnologiyaları ilə bağlı müxtəlif araşdırmalar aparan AR-GE müəssisəsi olacağını bildirib.

HƏMÇİNİN OXU: İphone 13 seriyasının batareya tutumu bəlli oldu

Şirkət müəssisənin yaradılması üçün yaxın 3 ildə 1,2 milyard dollar sərmayə yatırmağı hədəfləyir. Həmçinin yeni mərkəzin sırf bərpa olunan enerji mənbələri ilə təchiz edilməsi gözlənilir.

Apple-ın yeni müəssisəsi 30 min kvadrat metrlik sahəyə sahib olacaq. Obyektin 2022-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.


Etiketlər:  Apple üçün böyük yatırım Çip dizaynı mərkəzi yaradılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ