Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 15:20
İşğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Azıx kəndi yaxınlığında yerləşən Azıx mağarasında olublar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası ən qədim yaşayış məskənlərindən biridir.
Burada 1960-cı illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində qədim insanın alt çənə sümüyü və yaşayış izləri aşkar olunub.
Qeyd edək ki, işğal illərində ermənilər Azıx mağarasında qanunsuz qazıntı işləri aparıb, tapılan arxeoloji materialları mənimsəyiblər.