Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 20:50
ABŞ-da şəhərətrafı ərazilərdəki yaşayış binalarının bəzilərinin inşasında karton və alçipandan istifadə edilir. Amerikalılar niyə belə ucuz materialları seçirlər?
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, birinci və ən vacib səbəb tikinti xərclərinin azaldılması və sürətlənməsidir. Bundan əlavə, karton, alçipan və digər bənzər materiallardan hazırlanmış evlər tez bir zamanda tikilir və lazım olduqda tez də sökülür.
ABŞ-da sel və qasırğa problemi çox aktual olduğundan təhlükəsizlik amilinə xüsusi önəm verilir. Bu cür riskləri mümkün qədər minimuma endirmək üçün ən yüngül materiallardan istifadə olunur. Ən nəhayət, belə evlərin təmiri xərclərinə də qənaət edilir.