Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 16:25
Əməkdar artist Gülbahar Şükürlü keçirdiyi beyin əməliyyatından danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, qarmon ifaçısı "Həmin Zaur" proqramında stressdən xərçəng olduğunu deyib:
"4 saat əməliyyatda qaldım. Sonra həkim evə buraxdı, tapşırdı ki, dincəlməlisən, 3-4 ay sənə pozitivlik ötürən yerlərə get. Stresdən uzaq olmalısan. Sentyabrın 26-da evə gəldim, 27-də müharibə başladı. Necə stress yaşamayım? Bu da mənə pis təsir etdi. Həyat yoldaşım dünyasını dəyişəndən sonra bu yarandı. Həkim dedi ki, stressdən olub. Onlar ölüb gedir. Mən də indi ölü kimiyəm, elə yaşayıram".