Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfv Komissiyasının üzvü: “Əfv edilən metroda terror törədən şəxs deyil”

Əfv Komissiyasının üzvü: “Əfv edilən metroda terror törədən şəxs deyil”

Tarix: 18 Mart 2021 19:04

Aslanov Azər Salman oğlu və Aslanov Azər Məhərrəm oğlu iki fərqli şəxsdir. Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxs Aslanov Azər Məhərrəm oğlu deyil, Aslanov Azər Salman oğludur.

Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, Əfv Məsələləri Komissiyasının 35 saatdan artıq davam edən 10 iclası keçirilib və bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin qələbədən sonra cəmiyyətdə birliyi, humanizmi, həmrəyliyi davam etdirmək siyasətinə sadiq qalaraq imzaladığı sərəncamla 625 nəfər əfv edilib. Onların bir qismi azadlığına qovuşub, bir qisminin isə cəzası yarıya qədər endirilib: "Azərbaycan cəmiyyəti buna yüksək dəyər verir. Bu, eyni zamanda həm ictimai, həm milli, həm də siyasi həmrəyliyi gücləndirir. Ona görə də metro partlayışında məsuliyyətə cəlb edilən şəxs əfv edilə bilməzdi. Ayrı-ayrı şəxslərin bu məsələni təhrif edilmiş formada təqdim etməsi yanlışdır. Hesab edirik ki, yürüdülən siyasət, əfv edilən insanlarla bağlı verilən mesajların düzgün təqdim edilməsi, xüsusilə də şəhid ailələri, qazilərin doğmalarının etdiyi müraciətlərə önəm verilməsinin qabardılması daha doğru olar". 


Etiketlər:  Əfv Komissiyasının üzvü Əfv edilən metroda terror törədən şəxs deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ