Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 12:08
Braziliyada son sutka ərzində daha 79 069 nəfərin koronavirus infeksiyasına yoluxması, 2438 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 950 459 nəfər yoluxub. Bu müddət ərzində 292 752 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 10 419 393 xəstə müalicə olunaraq sağalıb.