Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

Tarix: 26 Iyul 2019 09:56

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda pulsuz çimərliklər yaradılır SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ