Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 09:42
Suriyada terrorçular Hələbin Əl-Salihin və Əl-Firdaus bölgələrinə reaktiv raketlər atıb. Nəticədə iki mülki şəxs ölüb və azı 17 nəfər yaralanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Suriyada Döyüşən Tərəflərin Sülh Mərkəzinin direktor müavini kontr-admiral Aleksandr Karpov bildirib.
"Hələbin Əl-Salihin və Əl-Firdaus bölgələrinin terrorçular tərəfindən raketlərlə atəşə tutulması nəticəsində iki mülki şəxs öldürülüb və azı 17 mülki şəxs yaralanıb", - deyə Karpov əlavə edib.