Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xanımları striptizlə məşğul olan kişilərdən sensasion etiraflar

Xanımları striptizlə məşğul olan kişilərdən sensasion etiraflar

Tarix: 23 Mart 2021 11:02

Amerikalı fotoqraf Kris Bak striptiz peşəsi ilə məşğul olan xanımların ərlərindən maraq doğuran bir müsahibə götürüb.

Milli.Az New York Times-a istinadən xəbər verir ki, striptizçi xanımların romantik tərəfdaşları bu peşəyə olan münasibətlərini açıqlayıblar. Məsələn, Cersi-Sitidən olan Vinsent xanımının bu fəaliyyətini bəyənməsə də, bildirib ki, əldə olunan gəlir onlara ev pulunu ödəməyə imkan verir.

Aronun da xanımı striptizlə məşğul olur. Gəlir də ona uşaqlarının tərbiyəsi ilə məşğul olmağa kömək edir. Baltimordan olan Heyli isə hər gün işdən sonra xanımını evə gətirdiyini deyir.

Telonn Medli isə özü də vaxtilə striptizlə məşğul olub. Bu səbəbdən də xanımını gözəl başa düşdüyünü deyir. "Güclü olmaq və emosiyalarını saxlamalısan. Yoxsa qısqanclıq problem yarada bilər"- deyib.

Kamran
Milli.Az


Etiketlər:  Xanımları striptizlə məşğul olan kişilərdən sensasion etiraflar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ